<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Səninəm, Rəbbim, Səninəm, Rəbbim İL258</title>
<lyrics>[V1]
 Səninəm, Rəbbim, Səninəm, Rəbbim,
 Canım, ürəyim, ruhumla Sənin.
 Səninəm, Rəbbim, Səninəm, Rəbbim,
 Doğuldum yenidən Ruhundan Sənin.

[C1]
   Səninəm, Rəbbim, Səninəm, Rəbbim,
   Ruhun yaşayan bir məbəd kimi.
   Qoru Sən məni, qoru Sən hər an
   Əbədi həyata qovuşana kimi.

[V2]
 Sənindir Ruhum, Sənindir nurum,
 Rəbbim, qüdrətinə şükürlər olsun.
 Qanında tapdıq Xilasımızı,
 Paklanıb, Ruhunla müqəddəs olduq.

[C2]
   Sən pənahımız, Sən ümidimiz,
   Tək Səndə tapdıq təsəllini biz.
   Şükürlər olsun mərhəmətinə,
   Xeyir - duana, məhəbbətinə.

[V3]
 Səninəm, Rəbbim, Səninəm, Rəbbim,
 Ürəyim bağlanıb əbədi Sənə.
 Səninəm, Rəbbim, Səninəm, Rəbbim,
 Ruhum oxuyur nəğmələr Sənə.

[C3]
   Səninəm, Rəbbim, Səninəm, Rəbbim,
   Səndədir sonsuz, əbədi həyat.
   Səninəm, Rəbbim, Səninəm, Rəbbim,
   Məhəbbət əbədi, sevgin əbədi.</lyrics>
<hymn_number>258</hymn_number>
</song>